"Bloomberg" - Amerika Birləşmiş Ştatlarının dronlar əleyhinə sistemi Rumıniyaya Rusiyanın müdaxiləsinin cilovlanmasında kömək edəcək
"Bloomberg" - Amerika Birləşmiş Ştatlarının dronlar əleyhinə sistemi Rumıniyaya Rusiyanın müdaxiləsinin cilovlanmasında kömək edəcək

 

Amerika Birləşmiş Ştatlarının dronlar əleyhinə sistemi Rumıniyaya Rusiyanın müdaxiləsinin cilovlanmasında kömək edəcək. Bu haqda “Bloomberg” məlumat yayır.

Rumıniyanın müdafiə naziri bildirib ki, Rusiya tərəfindən hava məkanının pozulması hallarının artmasının qarşısını almaq üçün NATO üzvü olan dövlət ABŞ tərəfindən tədarük edilmiş dronlar əleyhinə sistem yerləşdirə biləcək.

Medianın məlumatına əsasən, “Merops” sistemi yerləşdirilməyə hazırdır. Rumıniya, Polşa ilə birlikdə yeni nəzarət dronları sisteminin hazırlanmasının son mərhələsindədir.

Məlumat üçün bildirək ki, Rumıniyanın Müdafiə Nazirliyində dronların ölkənin hava məkanını pozduğunu bəyan ediblər.

Rumıniyanın Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 25-i səhər Rumıniyanın radarları Tulça rayonu yaxınlığında Rumıniyanın hava məkanına doğru hərəkət edən hədəfi qeydə alıblar, bundan sonra da ölkənin hava məkanını keçib. Daha sonra radiolokasiya sistemləri Qalatsi rayonunda hava məkanına ikinci obyektin daxil olduğunu qeydə alıblar. Hava məkanının pozulmasından sonra Rumıniya vəziyyətin monitorinqi üçün “F-16” və “Eurofighter Typhoon” təyyarələrini işə salıb. Daha əvvəl Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində bir rus pilotsuz uçuş aparatının Rumıniya ərazisinə daxil olması haqda məlumat yaymışdı.