"Bloomberg" - ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb, lakin onların nə vaxt tətbiq olunacağı bilinmir
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb, lakin hələlik onların tətbiqi ilə bağlı əlamətlər yoxdur – bu haqda “Bloomberg”ə anonimliyin qorunması şərti ilə avropalı yüksək vəzifəli rəsmi şəxs deyib.
Donald Tramp administrasiyası tərəfindən Rusiyaya qarşı sanksiyalar sonuncu dəfə 2025-ci ilin oktyabr ayında tətbiq edilib. Rusiyanın “Lukoil” və “Rosneft” neft şirkətləri sanksiyaların hədəfi idi.
“Bloomberg” ABŞ hökuməti tərəfindən hazırlanan yeni sanksiyaların nəyi nəzərdə tutduğunu izah etməyib.
Bununla yanaşı, “Bloomberg” yazır ki, Avropa İttifaqı da Rusiyaya qarşı yeni, 20-ci sanksiya paketi hazırlayır və Rusiyanın Ukraynaya müdaxiləsinin dördüncü ildönümündə tətbiq edilməsi planlaşdırılır. “Bloomberg”in məlumatına əsasən, yeni paket Rusiyanın dırnaqarası Kölgə Donanmasına qarşı sanksiyaları əhatə edir, lakin mənbə agentliyə bildirib ki, bu tədbirlər Rusiyanın hərəkətlərinə simmetrik cavabdan daha çox “təkəri yavaş-yavaş boşaltmağa” bənzəyir.
“Bloomberg”in mənbəsi bildirib ki, “Rusiya döyüş meydanında heç nəyə nail olmadığı üçün Ukraynanı onlar üçün pis razılaşmaya razılaşmağa məcbur etmək üçün mülki və enerji hədəflərinə zərbələr endirir”.