“Bloomberg” – ABŞ Rusiyadan Ukraynanın öz silahlı qüvvələri və müdafiə sənayesinin olmasını tələb edir

22:31, 24.04.2025

 

Medianın məlumatına əsasən, ABŞ Rusiyadan Ukraynanın öz silahlı qüvvələri və müdafiə sənayesinin olmasını tələb edir.

“Bloomberg” yazır ki, Vaşinqtonun bu tələbi daha geniş “sülh razılaşması”nda olacaq.

“Bloomberg”in mənbəsinin iddia etdiyi kimi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bu təklifi Rusiyaya səfəri zamanı Vladimer Putinlə görüşündə irəli sürəcək.

Agentliyin yazdığı kimi, Ukrayna və onun avropalı müttəfiqlərinin tələb etdiyi kimi, ordunu lazımi qaydada komplektləşdirmək hüququ o deməkdir ki, Rusiya Prezidenti Ukraynada genişmiqyaslı işğalın məqsədlərindən biri – Ukraynanın demilitarizasiyasından imtina etmək məcburiyyətində qalacaq.

Bununla yanaşı, “Bloomberg” qeyd edir ki, ABŞ Rusiyanın Zaporojie Atom Elektrik Stansiyasına nəzarəti Ukraynaya qaytarmasını istəyir. Sonra bu stansiya Trampın planına əsasən, Ukraynanın hazırda nəzarət etdiyi şəhərləri, eləcə də Rusiyanın işğal etdiyi əraziləri elektrik enerjisi ilə təmin etməsi üçün Ukraynanın nəzarətinə keçməlidir.

Həmçinin, ABŞ Ukraynanın Dnepr çayına keçidini təmin etmək və Xarkov vilayətində Rusiyanın işğal etdiyi ərazilər üzərində Kiyevə nəzarəti qaytarmaq istəyir.

Tramp administrasiyasında “Bloomberg”in bu məlumatını şərh etməyiblər.

Oxşar