Bloqer Davr Buavanın ölümü ilə bağlı intihara sövq etmə maddəsi üzrə istintaq başladılıb

13:11, 28.08.2026

Bloqer Daur Buava öz evində ölü vəziyyətdə tapılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Birinci Kanala verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi – intihara sövq etmə maddəsi ilə istintaq başlanıb.
Mövcud məlumata görə, Buavanın bir neçə gün əvvəl öldüyü ehtimal olunur. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. Buavanın meyiti qonşuların xilasedici qrup çağırmasından sonra tapılıb.
Daur Buava bir neçə il əvvəl işğal olunmuş Abxaziya ərazisindən Tbilisiyə köçərək burada yaşamağa başlayıb.

Oxşar