Biznesmen İrakli İaşvili - Larini çökdürmək tələbinə qoşulmuram, heç bir petisiyaya qoşulmuram, çünki mənim öz fikirlərim var
Larinin məzənnəsinə hücum gedir, sizcə, bu düzgündürmü? Əzizləyə-əzizləyə, az-az biz bu ölkəni, iqtisadiyyatı, larini topladıq, larini çökdürək? Çökdürmək tələbinə qoşulmuram – bu haqda iş adamı İrakli İaşvili Hökumət Administrasiyasında baş nazir İrakli Kobaxidze ilə iş adamları arasında görüş başlamazdan əvvəl jurnalistlərə deyib.
İaşvili bildirib ki, hər kəs öz işi ilə məşğul olmalıdır.
“30 ildir bu ölkə belə bir rejimdə yaşayır, o cümlədən biz də. İndi mən başa düşmək istəyirəm ki, bizi nə gözləyir, həyatı necə davam etdirək, iqtisadiyyata necə baxaq. Larinin məzənnəsinə hücum gedir, sizcə, bu düzgündürmü? Əzizləyə-əzizləyə, az-az biz bu ölkəni, iqtisadiyyatı, larini topladıq, larini çökdürək? Tələbləri başa düşürəm və çökdürmək tələbinə qoşulmuram. Çıxış yolunu onda görürəm ki, hər kəs öz yeri, işlədiyi və etdiyi işlə, bildiyi işlə məşğul olsun. Mən siyasəti bilmirəm, mən iş adamıyam və siyasətçi öz işinə baxmalıdır, amma məni razı salacaq şəkildə. Mən heç bir petisiyaya qoşulmuram, çünki mənim öz fikirlərim var” – İrakli İaşvili bildirib.