Biznes sahəsi nümayəndələri bəyan edirlər ki, hökumət ticarət obyektlərinin iş saatları və günlərinin məhdudlaşdırlması məsələsini müzakirə edir
Biznes sahəsi nümayəndələri bəyan edirlər ki, hökumət ticarət obyektlərinin iş saatları və günlərinin məhdudlaşdırlması məsələsini müzakirə edir

“Karvasla” ticarət mərkəzinin direktoru, Zurab Şavlağadze hökumət administrasiyasında biznes sahısinin nümayəndələri ilə keçirilən görüşdən sonra bəyan etdi ki, görüşdə gözlənilən tənzimləmələr barəsində söhbət edildi.

Zurab Şavlağadzenin bəyan etdiyinə görə, iş saatları və günləri barəsində məhdudiyyətlər müzakirə olunur, lakin qərar hələlik qəbul olunmayıb.

“İş saatlarının, iş günlərinin məhdudlaşdırlması mümkündür. Qərar yaxın zamanlarda qəbul olunacaq. Bildiyim qədər, növbəti görüş bazarlar nümayəndələri ilə olacaq”, – “Karvaslanın direktoru bəyan etdi.

Bununla yanaşı, “İsi Parinin” direktoru, Maya Papalaşvilinin dediyinə görə, məhdudiyyətlərin sərtləşdirilməsi planlaşdırılır, lakin lokdaun elan edilməyəcək.

“Yeni məhdudiyyətlər, sərtləşdirmə planlaşdırılır. Lakin əsas odur ki, tam kokdaun elan edilməyəcək. Düşünürük, birlikdə nahsısa konsesusa nail olacağıq. Bağlamaq haqqında hələlik heç bir qərar qəbul olunmayıb. Tamailə bütün sahə nümayəndələri ilə görüşürlər.

Söhbət iş saatlarının məhdudlaşdırlması, eləcə də iş günlərinin məhdudlaşdırlmasından gedir. Hələlik müzakirədir. Heç nə barəsində hələlik qərar qəbul olunmayıb. Qərarın qəbul olunması tarixini kimsə açıqlamayıb”, – “İsi Parinin” direktoru bəyan etdi.