"Bizim Gürcü Dilimiz" layihəsi çərçivəsində Birinci Kanalın qrupu onlayn olimpiyada iştirakçıları ilə görüşünü davam etdirir

“Bizim Gürcü Dilimiz” layihəsi davam edir. Layihə çərçivəsində Gürcüstanın Birinci Kanalının qrupu Kvemo Kartli, Kaxeti və Samtsxe Cavaxeti bölgəsində onlayn olimpiyada iştirakçıları ilə görüşür.

Layihə üzrə işləyən qrup Qardabaninin Nazarlı və Marneulinin Kvemo Saralı kəndində oldu.

Azərbaycan dilli və erməni dilli məktəblərin yeddinci və səkkizinci sinif şagirdləri arasında keçirilən gürcü dilinin olimpiyadasının içtirakçılarına sertifikatlar və xatirə hədiyyələri verildi.

Gürcüstanın Birinci Kanalının qrupu bölgələrdə onlayn olimpiyada iştirakçıları ilə görüşünü davam etdirəcək.