Biso-Şatili hissəsində avtomobillərin hərəkəti qadağandır

11:42, 04.12.2022

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və aşağı temperaturla əlaqədar, daxilidövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun km66-km106 (Barisaxo-Şatili) hissəsində bütün növ avtomobilin hərəkəti qadağandır.

Yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.

Oxşar