"Birlik - Milli Hərəkat" siyahıların çıxarılması ilə bağlı MSK-ya ərizə daxil edib
"Birlik - Milli Hərəkat" siyahıların çıxarılması ilə bağlı MSK-ya ərizə daxil edib

 
“Birlik – Milli Hərəkat” siyahıların çıxarılması ilə bağlı MSK-ya ərizə daxil edib.

“Vahid Milli Hərəkat” partiyasının siyasi şurasının üzvü Laşa Parulavanın Mərkəzi Seçki Komissiyasına yazılı formada ərizə təqdim etdiyi zaman dediyi kimi, onların “rus parlamentində heç bir işi yoxdur”.

“Birlik – Milli Hərəkat”ın sədri Tina Bokuçava Strasburqda partiya siyahısını çıxarmağımızla bağlı ictimai bəyanat verdi. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasına yazılı ərizə daxil etdik və partiya siyahımızın dərhal çıxarılmasını tələb edirik. Bizim rus parlamentində heç bir işimiz yoxdur, bu prosesə legitimlik verməyəcəyik və mübarizəni davam etdirəcəyik. Biz şəffaf olması gərəkən yeni seçkilər tələb edirik və bu şəffaflığı strateji tərəfdaşlarımız təmin etməlidirlər” – Laşa Parulava bildirib.