Birləşmiş Krallıqda koronavirusun 5 693 yeni halı aşkar edildi. Epidemiyanın yayılmasından sonra, koronavirusun 429 277 halı təsdiq olunub. O cümlədən Birləşmiş Krallıqda virusdan 41 988 insan vəfat edib.
Ölkədə artıq ikinci dəfə məhdudiyyətlər qüvvəyə minib. Altı insandan artıq qapalı məkanda toplaşma qadağandır. saat 22:00-dan sonra restoranlar və kafelər işlərini dayandırırlar.