Birləşmiş Krallıq Ukraynaya 50 milyon funt-sterlinq dəyərində yeni hərbi yardım paketi verəcək
Birləşmiş Krallığın baş naziri, Rişi Sunak Kiyevə getdi və burada prezident Zelenski ilə görüşdü.
Sunak 50 milyon funt-sterlinqlik yeni hərbi yardım paketi barəsində bəyan etdi.Birləşmiş Krallığın baş nazirinin qeyd etdiyi kimi, bura hava hücumundan müdafiə sistemləri və radarlar daxil olacaq.
“Biz yalnız bu il 2,3 milyard funt-sterlinq hərbi dəstək vermişik və gələn il də bunu davam etdirəcəyik. Siz rus qüvvələrini uğurla geri itələdikcə evləriniz, xəstəxanalarınız və elektrik stansiyalarınız havadan dağıdılır. Beləliklə, özünüzü müdafiə etməyinizə yardım göstərmək üçün, bu gün sizə hava hücumundan müdafiə sistemləri, o cümlədən 120 zenit silahı, radarlar və dron əleyhinə avadanlığı veririk”, – Sunak bəyan etdi.
Baş nazir vəzifəsində Sunakın bu, Ukraynaya ilk səfəridir.