Birləşmiş Krallıq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Axmat Kadırovun Fondu və Çeçenistanın lideri Ramzan Kadırovun anası “Qara siyahı”ya daxil edilib.
Yeni sanksiya siyahısında 11 fiziki və hüquqi şəxs var. “Birincilər Hərəkatı” gənclər birliyi və “Qələbənin könüllüləri” təşkilatı, eləcə də Tatarıstanın Baş nazirinin müavini Leyla Pazleva, Tatarıstanın gənclik məsələləri üzrə naziri İnat Sadıkov, Çeçenistanın xüsusi təyinatlı qüvvələrinin komandanı Zamid Çalayev və Federal Gənclər Mərkəzinin rəhbəri Valeri Mayorov onların arasındadır.