Birləşmiş Krallıq Küveytdə Rapid Sentry hava hücumundan müdafiə sistemini yerləşdirəcək
Böyük Britaniyanın Baş Nazirliyinin açıqlamasına görə, Birləşmiş Krallıq Küveytdə hava hücumundan müdafiə sistemi yerləşdirəcək.
Baş nazir Kir Starmer bu məsələni artıq Küveyt Əmirliyi ilə, Şeyx Meşal əl-Əhməd əl-Sabah ilə müzakirə edib.
Starmerin ofisindən bildirilib: “Baş nazir, ilk növbədə, Küveytin neft emalı zavoduna gecə saatlarında edilən məsuliyyətsiz hücumu qətiyyətlə pislədi. O bir daha vurğuladı ki, Birləşmiş Krallıq Küveyt və Fars körfəzində bütün müttəfiqlərinin yanında dayanır.”
Məlumatda qeyd olunur ki, Küveytdə yerləşdiriləcək Rapid Sentry hava hücumundan müdafiə sistemi xüsusilə dron təhlükələrinin neytrallaşdırılması üçün nəzərdə tutulub.