Birləşmiş Krallıq Böyük Britaniya Hormuz boğazında azad dəniz nəqliyyatının bərpası ilə bağlı plan hazırlamaq üçün beynəlxalq liderləri qəbul edəcək
Birləşmiş Krallıq Böyük Britaniya Hormuz boğazında azad dəniz nəqliyyatının bərpası ilə bağlı plan hazırlamaq üçün beynəlxalq liderləri qəbul edəcək

Böyük Britaniya Hormuz boğazında azad dəniz nəqliyyatının bərpası üçün beynəlxalq liderlərin sammitinə ev sahibliyi edəcək.

Bunu ölkənin baş naziri Keir Starmer brifinqdə açıqlayıb.

Baş nazir bir daha bildirib ki, Birləşmiş Krallıq Yaxın Şərqdəki münaqişəyə qarışmayacaq. Starmerin sözlərinə görə, artan xərclərlə mübarizə aparmağın ən yaxşı yolu münaqişənin deeskalasiyasına nail olmaq və Hormuz boğazını açmaqdır.