Birləşmiş Krallıq Avropa İttifaqının "Erasmus+" tələbə mübadiləsi proqramına yenidən qoşulacaq
Birləşmiş Krallıq Avropa İttifaqının “Erasmus+” tələbə mübadiləsi proqramına yenidən qoşulacaq. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, tərəflər bu haqda bu gün razılığa gəliblər. Nəticədə, 2027-2028 tədris ili üçün Britaniyanın töhfəsi 570 milyon funt sterlinq (760 milyon avro) olacaq.
“Bugünkü razılaşma Avropa İttifaqı ilə yeni tərəfdaşlığımızın işlədiyini təsdiqləyir” – “Erasmus+” razılaşmasını gənclər üçün böyük qələbə adlandıran Avropa İttifaqı ilə münasibətlər üzrə nazir Nik Tomas-Saymonds bildirib.
“Biz cəmiyyətin prioritetlərinə fokuslanmışıq və imkanı birinci yerə qoyan razılaşmanı təmin etdik” – Tomas-Saymond bildirib.
Hökumətdə izah etdikləri kimi, ilk ildə 100 000-ə qədər tələbə proqramdan faydalana biləcək. Ölkənin proqrama qayıtması minlərlə tələbəyə başqa bir ölkədə təhsil almaq imkanı verəcək.
Məlumat üçün bildirək ki, Birləşmiş Krallıq “Erasmus+” proqramından “Brexit”ə görə çıxmışdı.