Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi ölkə ərazisindəki ABŞ hərbi bazasına İranın hücumunu pisləyir və hadisəni “ciddi eskalasiya” adlandırır
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi ölkə ərazisindəki ABŞ hərbi bazasına İranın hücumunu pisləyir və hadisəni “ciddi eskalasiya” adlandırır.
Onların məlumatına əsasən, İran dronu ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
“Xarici İşlər Nazirliyi təsdiqlədi ki, bu təcavüzkar hücumlar ciddi eskalasiya, qəbuledilməz pozuntu və birbaşa təhdiddir” – bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, İran ordusu Birləşmiş Ərəb Əmirlikləri ərazisindəki ABŞ hərbi bazasına hücumu bu gün səhər saatlarında həyata keçirib. İran mediasının məlumatına əsasən, ABŞ helikopterlərinin yerləşdiyi Al-Minhad aviabazasına onlarla dronla hücum edilib. Tehranın bəyanatına əsasən, hücum ABŞ-nin Laraq adasını bombalamasına cavab olaraq həyata keçirilib.