Birləşmiş Ərəb Əmirliklərinin baş prokuroru – “Flydubai” reysi ilə bağlı insidentin istintaqı göstərdi ki, ikinci pilot terror hücumuna cəhd edib
Birləşmiş Ərəb Əmirliklərinin baş prokuroru Hamad Saif al-Şamsi bəyan edir ki, “Flydubai” reysinin göyərtəsində baş vermiş insident terror hücumu cəhdi olub.
O, ikinci pilotun kapitana kabinədə fövqəladə hallar zamanı istifadə üçün saxlanılan qəza baltası ilə hücum etdiyini bildirib.
Al-Şamsinin bəyanatına əsasən, ikinci pilot “Flydubai” təyyarəsində nəzarəti ələ keçirməyə çalışıb və terror hücumu həyata keçirməyi planlaşdırırmış.
“Flydubai”nin FZ1073 reysi ilə bağlı insidentin istintaqı göstərdi ki, ikinci pilot terror hücumuna cəhd edib” – Birləşmiş Ərəb Əmirliklərinin baş prokuroru bildirib.
Saxlanılan pilot Oman vətəndaşı Hamam al-Hamamidir.
Məlumat üçün bildirək ki, pilotlar arasında baş verən qarşıdurmaya görə “Flydubai” aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsi Səudiyyə Ərəbistanında eniş edib. İnsident zamanı təyyarə “qanunsuz müdaxilə” və fövqəladə vəziyyət siqnalları göndərib. Təyyarənin sərnişinləri və ekipaj üzvləri kabinədə kapitana hücum edən ikinci pilotu zərərsizləşdiriblər. İsrailli rəsmi şəxslərin bəyanatına əsasən, pilot təyyarəni düşürməyə çalışıb.