Birləşmiş Ərəb Əmirliklərinin Fucayra limanında İran dronu ilə edilən hücum nəticəsində genişmiqyaslı yanğın baş verib

21:09, 04.05.2026

Birləşmiş Ərəb Əmirliklərinin Fucayra limanında İran dronunun hücumu nəticəsində genişmiqyaslı yanğın baş verib.

Fucayra ölkənin ən böyük limanı və neft anbarıdır. Hal-hazırda yanğının söndürülməsi işləri davam edir.

Ölkənin Müdafiə Qüvvələrinin məlumatına görə, insidentdən əvvəl onlar İrandan atılan üç raketi məhv etməyi bacarıblar.

Hücumla bağlı İrandan hələlik rəsmi açıqlama verilməyib.

Oxşar