Birinci Universitet Klinikasını bu gün koronavirusdan müalicə olunan yeddi pasiyent tərk edəcək
Birinci Universitet Klinikasında hazırda 91 pasiyent yerləşdirilib, buradan 70 pasiyent koronavirusa yoluxandır.
Klinikanı bu gün koronavirusdan müalicə olunan yeddi pasiyent tərk edəcək.
Klinikanın direktoru, Levan Ratianinin bəyan etdiyinə görə, reanimasiya şöbəsində yeddi pasiyent qalır.
Bununla yanaşı, Ratianinin dediyinə görə, dünən klinikaya iki hamilə qadın yerləşdirdilər və birində koronavirus təsdiq olundu.
Bundan başqa, onun açıqlamasına görə, dünyaya yeni gələn yeddi körpədə koronavirus təsdiq olunmadı.