Birinci Universitet Klinikasında Tornike Rijvadzenin səhhətinin stabil ağır olduğunu və süni tənəffüs aparatına qoşulu olduğunu bildirirlər
Birinci Universitet Klinikasında Acara hökumətinin sabiq sədri Tornike Rijvadzenin səhhətinin stabil ağır olduğunu və reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulu olduğunu bildirirlər.
Birinci Universitet Klinikasının klinik direktoru Lali Turdzeladzenin Gürcüstanın Birinci Kanalına telefon danışığı zamanı dediyi kimi, Rijvadzenin bu mərhələdə əməliyyata ehtiyacı yoxdur.
“Ağırdır, stabildir. Əməliyyata indi ehtiyacı yoxdur. Reanimasiyadadır, süni tənəffüs aparatına qoşuludur, ağır, lakin stabildir” – Lali Turdzeladze bildirib.
Tornike Rijvadze güllə yarası ilə Saqareconun “Geo Hospitals”ına bu gün yerləşdirilib. Tornike Rijvadzenin işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladılıb, bu isə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.
Bununla yanaşı, Tornike Rijvadzenin işi üzrə təqsirləndirilən şəxs qismində Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Axvlediani Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə saxlanılıb, bu isə odlu silahın diqqətsiz saxlanılmasını nəzərdə tutur.