Birinci Universitet Klinikasında olan 42 yaşlı kişinin durumu yaxşılaşdı
Birinci Universitet Klinikasında olan 42 yaşlı kişinin durumu yaxşılaşdı, o, nəfəsalma aparatına qoşulmayıb, – bu barədə Birinci Universitet Klinikasının kliniki direktoru, Lali Turdzeladze bəyan etdi.
Elə onun dediyinə görə, qeyd olunan xüsusi ilə maraqlı hal idi, çünki onun başqa xəstəlikləri yox idi, tamamilə sağlam idi və qəflətən durumu ağırlaşdı.
“Təziqi aşağı düşdü, qəflətən durumu ağırlaşdı və reanimasiya şöbəsinə düşdü. Bildiyimə görə, Milli Bankın klasteridir. Onun həyat yoldaşı da klinikamızda müalicə olunur”, – Lali Turdzeladze bəyan etdi.