Birinci sinif şagirdlərinin ümumi qeydiyyatı mayın 22-də başlayacaq
Birinci sinif şagirdlərinin ümumi qeydiyyatı mayın 22-də başlayacaq

 

Birinci sinif şagirdlərinin ümumi qeydiyyatı mayın 22-də saat 09:00-da başlayacaq və iyunun 17-i də daxil olmaqla davam edəcək.

Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatına əsasən, qeydiyyat təhsilin idarə edilməsi informasiya sisteminin rəsmi internet saytında – registration.emis.ge.-də aparılacaq.

Onların məlumatında, uşağın sistemdə qeydiyyatının valideyn və ya qanuni nümayəndə tərəfindən təmin edildiyi deyilir.

“Məktəblərdə iyunun 18-dən iyunun 27-i də daxil olmaqla elektron şəkildə qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün lazımi sənədlərin təqdim olunması prosesi aparılacaq. Müəyyən edilmiş müddətdə sənədin təqdim edilməməsi halında, qeydiyyat avtomatik olaraq ləğv ediləcək” – Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatında qeyd olunub.

Onların məlumatına əsasən, birinci sinfə şagird qəbulu üçün lazımi sənədlər:

Şagirdin qanuni nümayəndəsinin ərizəsi, ərizə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqda məlumatı əhatə etməli və Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verməlidir, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşamaq üçün icazəni təsdiqləyən sənədin surəti (olduğu təqdirdə). Sənədlərin xarici dildə təqdim edilməsi halında, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi sənədə əlavə edilməlidir. Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və ya Gürcüstanda yaşamaq üçün icazəni təsdiqləyən sənədin surəti (olduğu təqdirdə).

Sənədlərin xarici dildə təqdim edilməsi halında, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi sənədə əlavə edilməlidir.

Birinci siniflərdə mövcud yerlərin sayını yoxlamaq üçün linkə daxil olun:https://skolebi.emis.ge/
Birinci sinif şagirdlərinin ümumi qeydiyyat təlimatlarına burada baxın:https://www.youtube.com/watch?v=1bCSvZsGPTs

“Xatırladaq ki, Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məktəb yaşı ilə bağlı “Ümumi Təhsil Haqqında” Gürcüstan Qanununa dəyişiklik edilib. Konkret olaraq, 2025-2026-ci tədris ilində dekabrın 31-i də daxil olmaqla 6 yaşı tamam olacaq uşaqlar I sinif üzrə qeydiyyatdan keçə biləcəklər. Dəyişikliyə əsasən, uşağın hazırlığı və onun mənafeyi nəzərə alınmaqla, 2025-ci ilin sentyabrın 16-dan dekabrın 31-i də daxil olmaqla 6 yaşı tamam olacaq uşaqların valideynləri və ya qanuni nümayəndələri seçim etmək hüququna malikdirlər: məktəbəqədər təhsili və məktəbə hazırlıq proqramına qoşulmaqla təhsil xidmətindən yararlanmağa davam etsinlər və ya birinci sinif şagirdləri kimi qeydiyyatdan keçsinlər.
Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi uşağı vaxtında və ləngimədən məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın müddət və şərtləri ilə diqqətlə tanış olmağa çağırır” – Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin məlumatında deyilir.