Birinci sinif şagirdləri üçün məktəb formalarının satışı 1–14 sentyabr tarixləri arasında həyata keçiriləcək
Birinci mərhələdə məktəb formalarının satışı birinci sinif şagirdləri üçün ölkə üzrə 1–14 sentyabr tarixlərində həyata keçiriləcək. İkinci və üçüncü mərhələlərdə isə formaların satışı II–VI sinif şagirdləri üçün oktyabrdan dekabr ayınadək davam edəcək. Bu barədə “Təhsil Resursları” MMC məlumat yayıb.
Məlumata görə, “Təhsil Resursları”nın direktoru Mixeil K upharadze ETON KIDD müəssisəsinə baş çəkib. O, burada məktəb formalarının istehsal prosesi, istifadə olunan texnologiyalar və keyfiyyətə nəzarət mexanizmləri ilə tanış olub.
“Xatırladırıq ki, Təhsil Nazirliyinin ‘Təhsil Resursları’ MMC-si şagirdlər üçün məktəb formalarının tikilməsi məqsədilə bazar araşdırması elan edib. Araşdırmanın nəticəsində Gürcüstanda qeydiyyatdan keçmiş Çin şirkəti Glory Textile Industry qalib elan olunub.
Şirkət məktəb formalarının hazırlanmasını və Gürcüstana tədarükünü təmin etmək üçün Çində fəaliyyət göstərən istehsalçı brend Jiangsu SUMEC ETON KIDD Brand Management ilə əməkdaşlıq edib.
Məktəb formalarının Çindən Gürcüstana gətirilməsi üç mərhələdə həyata keçiriləcək:
I mərhələ – 25 avqust;
II mərhələ – 15 oktyabr;
III mərhələ – 30 noyabr.
Birinci mərhələdə məktəb formalarının satışı birinci sinif şagirdləri üçün 1–14 sentyabr tarixlərində ölkə üzrə həyata keçiriləcək. İkinci və üçüncü mərhələlərdə isə formaların satışı II–VI sinif şagirdləri üçün oktyabrdan dekabr ayınadək davam edəcək”, – deyə “Təhsil Resursları”nın məlumatında bildirilir.