Birinci sinfə şagirdlərin ümumi onlayn qeydiyyatı bu gün başa çatır

12:45, 03.07.2026

2026-2027-ci tədris ili üçün dövlət məktəblərində birinci sinif şagirdlərinin ümumi onlayn qeydiyyatının IV mərhələsi bu gün saat 24:00-da başa çatır

Təhsil Nazirliyinin məlumatına görə, bu mərhələ çərçivəsində bütün müraciət edənlərə Gürcüstan ərazisində yerləşən istənilən dövlət məktəbində qeydiyyatdan keçmək imkanı verilir.

“Birinci sinif şagirdlərinin ümumi onlayn qeydiyyatı 15 iyundan etibarən Təhsil İdarəetmə Sisteminin portalı vasitəsilə aparılır.

Qeydiyyatın başa çatmasından sonra, 6–17 iyul tarixlərində valideyn və ya qanuni nümayəndənin qeydiyyat zamanı seçilmiş dövlət məktəbinə müraciət təqdim etməsi məcburidir. Müraciətə valideynin və ya qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunmalıdır.

Müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyi halda qeydiyyat avtomatik ləğv ediləcək.

Təhsil İdarəetmə İnformasiya Sistemi valideynlərə və qanuni nümayəndələrə qeydiyyat üçün müəyyən edilmiş müddətlərə əməl etməyi və prosesi bu gün saat 24:00-dək tamamlamağı tövsiyə edir. Ətraflı məlumat sistemin rəsmi vebsaytında və qeydiyyat portalında yerləşdirilib.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+995 32) 2 200 220 və ya e-poçt: [email protected],” – məlumatda bildirilir.

Oxşar