Birinci kateqoriyalı müəssisələrin qeydiyyatı 2026-cı ilin yanvarın 31-də bitir
Birinci kateqoriyalı müəssisələrin qeydiyyatı 2026-cı ilin yanvarın 31-də bitir

 

Birinci kateqoriyalı müəssisələr İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin reyestrində 2026-cı ilin yanvarın 31-i də daxil olmaqla, qeydiyyatdan keçməlidirlər.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, Gürcüstanın “Enerji Səmərəliliyi haqqında” qanunu və iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin əmri ilə təsdiq edilmiş “Enerji auditinin keçirilməsi qaydası” bunu nəzərdə tutur.

“Reyestrdə qeydiyyatdan keçmək məqsədilə müəssisə nazirliyin elektron poçtuna — [email protected]ə bu qaydanın əlavəsinə uyğun məlumatı və sahibkarların və qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrindən çıxarışı təqdim etməlidir.

Müəssisə aşağıdakı üç meyardan ikisinə cavab verirsə – aktivlərin ümumi dəyəri 50 milyon laridən çox, gəliri isə 100 milyon lari, eləcə də işçilərin orta sayı 250-dən çox olarsa, birinci kateqoriyaya aiddir” -məlumatda qeyd olunub.