Birinci Kanalın yeni ünvanının yerləşdiyi ərazidəki avtobus dayanacağına İctimai Yayımçının adı verilib
Birinci Kanalın yeni ünvanının yerləşdiyi ərazidəki avtobus dayanacağına İctimai Yayımçının adı verilib.
2025-ci ildə əsrin layihəsi adlandırılan tikintinin beşillik prosesinin başa çatmasından sonra Gürcüstanın Birinci Kanalı yeni binasından yayıma başlayıb. Beləliklə, paytaxt müasir memarlıq nümunəsi olan ekoloji layihə – media yayımı, kino istehsalı və rəqəmsal məkanların inkişafını bir araya gətirən multimediya mərkəzi ilə zənginləşib.
Politkovskaya küçəsi 31 ünvanında yerləşən iki korpus ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Fərqli memarlıq üslubu, dizaynı və planlaşdırılması ilə seçilən binalarda iri pavilyonlar və televiziya studiyaları yerləşir.
Gürcüstanın Birinci Kanalının yeni binası “Memarlıq Mükafatı 2025” müsabiqəsində “Ən yaxşı ictimai bina” nominasiyasının qalibi olub.