Birinci Kanalın yaxınlığında davam edən aksiyanın iştirakçılarından biri Sopo Xuntsarianın “Formula” teleşirkəti üçün veriliş hazırladığını və ona görə bu gün aksiyada iştirak etmədiyini bildirir
Gürcüstanın Birinci Kanalı yaxınlığında davam edən aksiyanın iştirakçılarından biri Tatia Mekvabişvili “Formula” teleşirkətinin jurnalisti Sopo Xuntsarianın bu gün onların yanında olmamasının səbəbini izah edib.
O, Sopo Xuntsarianın veriliş hazırladığını bildirir.
“Bəzi televiziya və mətbuatın barəsində qara piar apardığı komandamızın üzvü Sopo Xuntsaria aramızda deyil. Bilin ki, o, veriliş hazırlayır. Hər səhər efirdə aparıcılıq edir, təkdir və ona görə işləyir, sabahdan bizimlə olacaq. İndi onun bizimlə birlikdə dayanmadığına dair heç bir spekulyasiya olmaması üçün” – Tatia Mekvabişvili bildirib.