İctimai Yayımçının yaxınlığında daha bir aksiya keçirilib.
Aksiya iştirakçılarının tələbi dəyişməzdir – yayımçının şurasının və rəhbərliyinin istefası və axşam efiri ilə birlikdə gündüz efirində də vaxt ayrılması. Həmçinin, aksiya iştirakçıları hökumətin istefasını da tələb ediblər. Yeni tələb də səslənib. Aksiya iştirakçıları Kostava 68 ünvanındakı mövcud binanın qorunub saxlanmasını da tələb edirlər. Onların sözlərinə əsasən, televiziyanın binası tarixi və strateji yerdir və tarixi ünvanda qalmalıdır, lakin ərazi artıq şəxsi mülkiyyətdir.
Xatırladaq ki, Birinci Kanal artıq bir neçə həftədir fövqəladə rejimdə işləyir və praym-taymda fərqli mövqeyi olan vətəndaşlara, aksiya iştirakçılarına, eləcə də siyasətçilərə efir ayırır.