Birinci Kanalın video operatoru hazırlığı proqramının iştirakçılarına sertifikatlar təqdim olunub
Birinci Kanalın video operatoru hazırlığı proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.
Proqram Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdirilir və Təhsil Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzin icazəsi ilə həyata keçirilir. Birinci mərhələdə tam hazırlıq kursunu bitirmiş 80 namizəddən 15-i seçilib.
Təlim proqramının müddəti 12 həftə olmaqla ümumilikdə 192 saat təşkil etdi. Ödənişsiz təlim proqramı zamanı iştirakçılar televiziyada operator kimi işləmək üçün uyğun praktiki vərdişlər və nəzəri biliklər əldə etmək, müasir televiziya istehsalı üçün lazım olan üsullarla tanış olmaq, televiziya istehsalının müxtəlif formalarını, janrlarını, texnologiyalarını öyrənmək imkanı əldə ediblər.
Proqrama kinematoqrafiyanın inkişaf tarixi və fotoqrafiya nəzəriyyəsi üzrə nəzəri kurs, həmçinin optika, videotexnika, videoçəkilişdən istifadə üzrə praktiki təlimlər daxildir. Videoqraf Təlim Proqramı artıq yenilənmiş formatda iştirakçıların qəbulunu elan edəcək.