Birinci Kanalın "Ranina" layihəsinin qalibi və 2022-ci ilin Uşaq Avroviziyasında Gürcüstanın səsi Mariyam Biqvava oldu

Gürcüstanın Birinci kanalının efirində “Ranina” layihəsinin böyük finalı keçirildi.

“Ranina” layihəsinin beşinci, yubiley mövsümünün qalibi Mariyam Biqvava oldu.

Müvafiq olaraq Gürcüstanı 2022-ci ilin Uşaq Avroviziyasında məhz elə Mariyam Biqvava təmsil edəcək.

Layihənin finalında Mariyam Biqvava ilə birlikdə Oto Bazeraşvili, Vaçe Qviniaşvili və Nikoloz Xarat iştirak edirdilər.