Birinci Kanalın yayım təminatı xidmətinin rəhbəri Zurab Çelidze vəfat edib. O, illər boyu ən mühüm texniki layihələrin, o cümlədən Birinci Kanalın texniki yenidən təchizat layihəsinin əsas rəhbərlərindən biri olub.
Zurab Çelidze əvəzolunmaz bir peşəkar idi və Birinci Kanalın yeni binasının texniki avadanlıqla təchiz edilməsi və köçürülməsi üzrə misilsiz layihədə əsas rollardan birini oynayırdı. O, həm komanda üzvü, həm də dost kimi İctimai Yayımçı üçün böyük itki, yüksək səviyyəli peşəkar kimi isə bütün ölkə üçün itkidir.
Zurab Çelidze Gürcüstanda rəqəmsal yayımın tətbiqi prosesində Gürcüstan Rabitə Milli Komissiyası tərəfindən yaradılmış xüsusi komissiyanın daimi üzvü idi. O, ölkədə yayımın rəqəmsallaşdırılması prosesinə böyük töhfə verib.
Zurab Çelidze 1984-cü ildə Tbilisi Dövlət Universitetinin fizika fakültəsini bitirib, Geofizika İnstitutunun baş elmi işçisi olub və müxtəlif elmi layihələrdə iştirak edib. O, Gürcüstanda ilk özəl radio olan “Birinci Stereo”nu və eyni adlı televiziya kanalını təsis edib.
Birinci Kanal Zurab Çelidzenin vəfatı ilə bağlı dərin hüznünü ifadə edir və ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verir.