Birinci Kanalda Tbilisi merliyinə namizədlər arasında debatlar bu gün keçiriləcək
Birinci Kanalın efirində 2025-ci ilin bələdiyyə orqanları seçkilərində iştirak edən qeydiyyatdan keçmiş seçki subyektlərinin Tbilisi merliyinə namizədləri arasında debatlar bu gün keçiriləcək.
Debatlarda aşağıdakı namizədlər iştirak edəcəklər:
“Dil, Vətən, İnam” – Temur Bokelavadze (seçki nömrəsi 1);
“Mühafizəkarlar Gürcüstan üçün” – Zurab Maxaradze (seçki nömrəsi 3);
“Azad Gürcüstan” – Kaxa Kukava (seçki nömrəsi 7);
“Vətənpərvərlər Alyansı” – Otar Citanava (seçki nömrəsi 8);
“Güclü Gürcüstan naminə – Lelo” – İrakli Kupradze (seçki nömrəsi 9);
“Gürcüstan” – Qiorqi Liluaşvili (seçki nömrəsi 11);
“Yaşıllar Partiyası” – Qiorqi Qaçeçiladze (seçki nömrəsi 12);
“Qirçi” – İaqo Xviçia (seçki nömrəsi 36);
“Gürcü Arzusu” – Kaxa Kaladze (seçki nömrəsi 41).
Debatların formatına gəlincə, o, altı raunddan ibarətdir.
Birinci raund iştirakçıların salamlama nitqini nəzərdə tutur və bunun üçün bir dəqiqə ayrılıb. Çıxış edənlərin sırası seçki nömrəsinə əsasən müəyyən olunur, hər bir növbəti raundda növbə sırasına görə sonrakı olan iştirakçıya ötürüləcək.
İkinci və üçüncü raundlar aparıcının iştirakçılara sualını əhatə edir. Cavab üçün hər iştirakçıya iki dəqiqə vaxt ayrılır.
Dördüncü raund rəqiblərin bir-birinə verdiyi suallara həsr olunacaq. İştirakçılar bir sual vermək imkanına malik olacaqlar. Sualın adresatını sualın müəllifinin özü seçəcək. Sual vermək üçün 30 saniyə, cavab üçün isə iki dəqiqə (sual-cavabdan sonra müəllif və cavab verənin replika və ya sualı dəqiqləşdirmək və müvafiq olaraq, bu replikaya reaksiya vermək üçün 30-30 saniyə vaxtı olacaq) müəyyən edilib.
Beşinci raund aparıcının iştirakçılara yekun sual verməsini nəzərdə tutur. Cavablar üçün hər iştirakçıya iki dəqiqə vaxt ayrılır.
Altıncı raundda iştirakçılar seçicilərə müraciət edəcəklər. Bunun üçün bir dəqiqə vaxt ayrılacaq.
Debatlar jest dili ilə tərcümə ilə təmin olunacaq. Həmçinin, Gürcüstan Radiosunun efirində və Birinci Kanalın onlayn platformalarında yayımlanacaq. Seçkiöncəsi debatlar bütün beynəlxalq standartlara və İctimai Yayımçının malik olduğu dəyərlərə əməl olunmaqla keçiriləcək.
Tbilisi merliyinə namizədlər arasında debatlar Birinci Kanalda bu gün saat 22:00-da başlayacaq və aparıcı Qiorqi Qvimradze olacaq.