Birinci Kanal Konstitusiya Məhkəməsinin 21, 22 və 23 oktyabr iclaslarının birbaşa efirdə translyasiyasını və media üçün siqnalın ötürülməsini təmin edəcək
İctimai Yayımçı bu gün rəsmi məktubla Gürcüstan Konstitusiya Məhkəməsinin sədrinə müraciət edib və 2026-cı ilin 21, 22 və 23 oktyabr məhkəmə iclaslarının çəkilişi, birbaşa efirdə translyasiyası və digər media vasitələri üçün televiziya siqnalının ötürülməsinə icazə istəyib.
İctimai Yayımçı qeyd olunan tələbə müsbət cavab alıb.
Müvafiq olaraq, Gürcüstanın Birinci Kanalı qeyd olunan məhkəmə iclaslarının çəkilişini, Birinci Kanalın veb-saytında (1tv.ge) və sosial şəbəkələr ilə (YouTube, Facebook) fasiləsiz translyasiyasını və televiziya siqnalının yayılmasını təmin edəcək.
Xatırladaq ki, “Gürcü Arzusu”nun “Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Qaxaria Gürcüstan Naminə” partiyalarının fəaliyyətinin konstitusiyaya zidd olaraq tanınması və qadağan edilməsini tələb edən konstitusiya iddiasının baxılması oktyabrın 21-dən başlayır.