Birinci Kanal DİN-ə, Zviad Ratianinin prossesində dəlil kimi təqdim etdiyi video materialın verilməsi barəsində müraciət edir
Tbilisi Şəhər Məhkəməsində, hakimin, şair Zviad Ratianinin mümkün inzibati pozuntuları barəsində müzakirə etdiyi prossesdə, DİN nümayəndələri dəlil şəklində video yazı təqdim etdilər.
Hakim leptopu o cür yerləşdirdi ki, yazının vizual tərəfini yalnız hakim və tərəflər görə bilirdi.
Yazıda söyünc və təhqiredici sözlər eşidilir. Lakin yazının vizual tərəfinin görülməsi jurnalistlər və iclasda iştirak edən başqa iştirakçılar üçün mümkün olmadığına görə, təhqiredici sözləri kimin istifadə etdiyini əminliklə demək mümkün deyil.
Jurnalistlərə təqdim olunan video dəlilə baxma imkanı verilmədiyinə görə, Birinci Kanal DİN-ə müraciət edir ki, yüksək ictimaiyyət marağından irəli gələrək, qeyd olunan video materialə versin.