Birinci Kanal Batumidə faciəvi həlak olanlara görə kədərləndiyini ifadə edir
Birinci Kanal Batumidə faciəvi həlak olanlara görə kədərləndiyini ifadə edir

Birinci Kanal Batumidə faciəvi həlak olanlara görə kədərləndiyini ifadə edir. Bütün Gürcüstan binanın uçması nəticəsində həlak olanmara matəm edir. Bu faciə nəticəsində əməkdaşımız, Mzia Şomaxiyanın ailəsi həlak oldu.

Bu günlərdə xalqımızın başına gələn ağrı qarşısında sözlər gücsüzdür. 8 oktyabr ən yeni tarixdə ən ağır və fəaciəvi gün oldu.

Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı.