Birdəfəlik olaraq, 2026–2027-ci tədris ilində dekabrın 31-i də daxil olmaqla 6 yaşı tamam olan uşaqlara birinci sinfə qeydiyyatdan keçmək imkanı veriləcək
İstisna şəklində, birdəfəlik olaraq, 2026–2027-ci tədris ilində dekabrın 31-i də daxil olmaqla 6 yaşı tamam olan uşaqlara birinci sinfə qeydiyyatdan keçmək imkanı veriləcək. Bu haqda Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze bəyan edib.
Mikanadzenin sözlərinə əsasən, qərarı valideynlərin ən yaxşı maraqlarını nəzərə alaraq qəbul ediblər.
“Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələr əsasında qərar qəbul edildi ki, istisna şəklində, birdəfəlik olaraq, 2026–2027-ci tədris ilində dekabrın 31-i də daxil olmaqla 6 yaşı tamam olan uşaqlara birinci sinfə qeydiyyatdan keçmək imkanı veriləcək. İctimaiyyətin və vətəndaşların fikrini dinləmək və nəzərə almaq bizim üçün prinsipial əhəmiyyət daşıyır. İslahatın Milli Konsepsiyası 2025-ci ilin dekabr ayında təqdim edildi və elan edildi, müvafiq olaraq, keçid dövrünün məktəb ictimaiyyəti üçün maksimal olaraq sadələşdirilmiş olmasına çalışdıq. Valideynlərin əksəriyyəti müəyyən məktəblərlə artıq danışıqlar aparırdı və uşaqları birinci sinfə hazırlayırlar. Bundan irəli gələrək, valideynlərin maraqlarını prioritetləşdirdik” – Qivi Mikanadze bildirib.
Mikanadzenin qeyd etdiyi kimi, bütün qərarların ictimaiyyətin ən yaxşı maraqlarını qorumağa yönəlmiş olması üçün məktəb ictimaiyyəti, ekspertlər və valideynlərlə əməkdaşlığı davam etdirəcəklər.
“İctimaiyyətə məlumdur ki, ümumi təhsil sisteminin islahatına başlamışıq və islahat çərçivəsində də məktəblərdə təhsilin keyfiyyətini artırmaq və məktəb mühitini yaxşılaşdırmaq məqsədilə, müxtəlif istiqamətlərdə çalışırıq. O cümlədən, təşəbbüslərdən biri məktəb yaşına şamil edilir. Konkret olaraq, islahat çərçivəsində uşağın yalnız sentyabrın 15-i də daxil olmaqla, altı yaşı tamam olduqda birinci sinfə qeydiyyatdan keçməsinə şamil edilir. Bizim bu təşəbbüsümüz beynəlxalq təcrübəyə əsaslanır və məktəb prosesinə qoşulmaq üçün uşağın sosial-emosional hazırlığını və onun üçün minimal kompetensiyaların və zəruri bacarıqların inkişafını nəzərə alır. Son dövrlərdə bu qərar ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. Məsələ ilə əlaqədar fəal müzakirələr apardıq, müxtəlif bölgələrdə məktəb ictimaiyyətinin nümayəndələri, o cümlədən valideynlərlə görüşdüm və onlardan məktəb yaşından başqa, bir sıra aktual çağırış haqqında məlumat aldım. Bununla yanaşı, sosial şəbəkələrdə yayılan məlumatla, çoxsaylı müraciətlərlə və bəyanatlarla sistemli şəkildə tanış olduq. Bir daha vurğulayaraq qeyd etmək istərdim ki, təhsilin keyfiyyətinin yüksəlməsini təşviq etmək və proseslərin ictimaiyyətin ehtiyaclarına maksimal olaraq uyğunlaşdırılması bizim üçün vacibdir. Dəfələrlə demişik ki, tənqidi mövqelər də daxil olmaqla, müxtəlif mövqeləri dinləmək hər zaman maraqlıdır, əgər onlar arqumentlərlə möhkəmləndirilib və əsaslandırılıbsa. Məktəblərdə şagirdə və onun inkişafına fokuslanmış tədris mühiti yaratmağı islahatın baş məqsədi olaraq müəyyən etmişik. Buna uyğun olaraq, bütün qərarların ictimaiyyətimizin ən yaxşı maraqlarını qorumağa yönəlmiş olması və peşəkar təhlilə əsaslanması üçün məktəb ictimaiyyəti, ekspertlər, valideynlər və digər hədəf qruplar ilə əməkdaşlığı davam etdirəcəyik” – Qivi Mikanadze qeyd edib.