Bir neçə müxalifət partiyasının liderləri Böyük Britaniya, Almaniya və Fransanın səfirləri ilə görüşürlər
Britaniya səfirliyində müxalifət liderləri ilə görüş keçirilir. Mövcud məlumata əsasən, görüşdə Britaniyanın səfiri Qaret Uord, Almaniyanın səfiri Barbara Foss və Fransanın səfiri Olivye Kurto iştirak edirlər.
Müxalifət tərəfindən görüşdə iştirak edirlər: Badri Caparidze (“Lelo – Güclü Gürcüstan”), İrakli Pavlenişvili (“Milli Hərəkat”), Qiqa Bokeria (“Federalistlər”) və Nika Qvaramia (“Dəyişiklik Naminə Koalisiya”).
Görüşün mövzusu, ehtimal ki, beş müxalifət partiyasının qadağan edilməsi haqqında konstitusiya iddiasıdır.
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” tərəfindən “Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Qaxaria Gürcüstan Naminə” partiyalarının fəaliyyətinin konstitusiyaya zidd olaraq tanınması və qadağan edilməsini tələb edən konstitusiya iddiası təqdim edilib.
Konstitusiya Məhkəməsində məsələnin müzakirəsi oktyabrın 21-dən başlayır.