Bir iyuldan Gürcüstan miqyası ilə məişət istifadəçiləri və kiçik müəssisələri elektrik enerjisi ilə "Telmiko" və "Ep Corci Mitsodeba" təmin edəcəklər
Bir iyuldan Gürcüstan miqyası ilə məişət istifadəçiləri və kiçik müəssisələri elektrik enerjisi ilə təmin edən şirkətlər dəyişirlər, – bu barədə Gürcüstan Energetika və Su Təminatı Tənzimləyi Komissiyasında bəyan edirlər.
Elə onların məlumatına görə, istifadəçi tarif dəyişmir.
“Tbilisidə “Telasinin” əvəzinə əhalini və kiçik müəssisələri elektrik enerjisi ilə “Telmiko” və bölgələrdə “Energo Pro Corciya” əvəzinə “Ep Corci Mitsodeba” təmin edəcəklər”, – Gürcüstan Energetika və Su Təminatı Tənzimləyi Komissiyasında bəyan edirlər.
Elə onların məlumatına görə, “Telmiko” və “Ep Corci Mitsodeba” Gürcüstan hökuməti tərəfindən adlandırılmış universal xidməti çatdıran şirkətləri təşkil edirlər.
“Dəyi.ikliklər elektrik enerjisi bazarının islahatı çərçivəsində, Avropanın üçüncü energetika zərfi direktivlərinə müvafiq olaraq həyata keçiriləcək”, – komissiyada bəyan edirlər.