Bir fevraldan Tbilisi, Kutaisi və Rustavidən başqa orta məktəblərdə tədris sinif otaqlarında davam etdiriləcək
Bir fevraldan Tbilisi, Kutaisi və Rustavidən başqa orta məktəblərdə tədris sinif otaqlarında davam etdiriləcək

Koordinasiya şurasının qərarı ilə, mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, bir fevraldan Tbilisi, Kutaisi və Rustavidən başqa bütün ölkə miqyası ilə, orta məktəblərdə tədris sinif otaqlarında davam etdiriləcək.

Məlumatı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi yayır.

Elə onların məlumatına görə,  Tbilisi, Kutaisi və Rustavidə tədrisin sinif otaqlarında davam etdirilməsi bir martdan planlaşdırılıb.

“15 fevralda epidemioloji vəziyyət bir daha dəyərləniriləcək və əgər 7 günün göstəricisi 4 faizə qədər azalsa, sonrakı yüngülləşdirmənin müzakirəsi baş verəcək. Qeyd olunasıdır ki, tədris porsesinin sinif otalqarında aparıldığı məktəblərdə tibbi protokol sərt şəkildə nəzarət olunacaq və müəllimlərin 2 həftədə bir dəfə testləşdirilməsi baş verəcək”, – məlumatda deyilir.

Uşaq bağçalarına, peşə məktəblərinə və ali məktəblərə gəldikdə, idarənin məlumatına görə, requlasiyalar bir marta qədər qüvvədə qalır.