Bir fevraldan etibarən Açarada qida obyektlərinin açıq məkanları açılacaq, məhdudiyyət hələ də toy və böyük ziyafətlərə şamil olunur
Bir fevraldan etibarən Açarada qida obyektlərinin açıq məkanları açılacaq, – bu haqda vitse baş nazir, Regional İnkişaf və İnfrastruktur naziri Maia Tskitişvili brifinqdə bəyan etdi.
Onun dediyinə görə, bu qərarın alınması Açarada epidemioloji vəziyyətin yaxşılaşması ilə bağlıdır.
“Nəzərə alaraqdan ki, Açarada epidemioloji vəziyyət nisbətən yaxşılaşdı, konkret olaraq isə, yeddi günün yoluxmanın müsbət göstəricisi 4 faizdən düşdü, Açarada bir fevraldan etibarən qida obyektlərinin açıq sahələrinin fəaliyyətə başlaması planlaşdırılıb. – deyə Maia Tskitişvili bəyan etdi.