Bir fevraldan Batumi, Zuqdidi, Qori, Poti və Telavidə munitsipal nəqliyyat, məktəb, mağaza və ticarət obyektlərinin fəaliyyəti bərpa olunacaq
Bir fevraldan Batumi, Zuqdidi, Qori, Poti və Telavidə munitsipal nəqliyyat, məktəb, mağaza və ticarət obyektlərinin fəaliyyəti bərpa olunacaq, – bu haqda Kordinasiya Şurasının iclasının sonlanmasından sonra vitse-baş nazir Maia Tskitişvili bəyan etdi.
Bununla, onun qeyd etdiyinə görə, Tbilisi, Kutaisi və Rustavidə bir fevraldan etibarən mağaza və ticarət mərkəzləri fəaliyyətlərinə başlayacaqlar.
“Məktəb və müvafiq olaraq munitsipal nəqliyyatın bərpası bir mart tarixindən planlaşdırılıb. Bütün şəhərlərdə açıq və qapalı tipli bazarlar 15 fevral tarixindən fəaliyyətə başlayacaq”, – deyə Tskitişvili bəyan etdi.