“Bild”in məlumatına əsasən, Hindistan Türkiyənin “BRİCS”ə qoşulmasını əngəlləyib
Hindistan Türkiyənin “BRİCS”ə qoşulmasını əngəlləyib. Bu haqda məlumatı Almaniyanın “Bild” nəşri yayır.
ABŞ-ın analitik mərkəzi, “Beynəlxalq sülh naminə Karneqi Fondu”nun Türkiyə xarici siyasəti üzrə eksperti Sinan Ülgen bildirir ki, səsvermə belə olmayıb. Analitik deyib ki, Hindistanın Türkiyəni əngəlləməsinin səbəbi ölkənin Pakistanla yaxşı münasibətlərinin olmasıdır.
“Bild”in məlumatına əsasən, “BRICS”ə üzvlük təşkilata üzv ölkələrin yekdilliyini tələb edir. Sinan Ülgen deyib ki, yaxın gələcəkdə sonrakı genişlənmə olmayacaq, çünki genişlənmənin daha bir dalğasına müqavimət göstərən bir neçə ölkə var.
Ülgen, Türkiyənin Prezidentinin bir neçə səbəbdən “BRİCS”ə qoşulmaq istədiyini iddia edir. Birincisi, bu platformanın köməyi ilə “strateji muxtariyyət”in gücləndirilməsidir, eləcə də Avropa İttifaqına üzvlük perspektivindən məyusluqdur. Sinan Ülgenin bəyanatına əsasən, Ərdoğanın daha bir motivi siyasi prestijdir, çünki Türkiyənin Prezidenti eyni anda NATO və “BRİCS”in masasına əyləşə biləcəyini göstərmək istəyir.