“Bild” – Vladimir Putin və Aleksandr Lukaşenko Qərbə qarşı birgə müharibənin üç yeni strategiyası üzərində işləyirlər
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Qərbə qarşı birgə müharibənin üç yeni strategiyası üzərində işləyirlər, – bu barədə “Bild” nəşrinin məqaləsində qeyd olunur.
Məqaləyə əsasən, “Zapad 2025” adlı hərbi təlimlər çərçivəsində ruslar və belaruslar guya “Suvalki dəhlizinin” ələ keçirilməsi əməliyyatını sınaqdan keçirirlər.
Qeyd edilən 60 kilometrlik dəhliz Polşa və Litva arasında yerləşir və Kalininqrad vilayəti ilə əlaqə yaradır.
“Bild”in məqaləsinə görə, təlimlərin əsas elementi Qərbə qarşı nüvə silahından, xüsusilə də yeni orta mənzilli raketlər – “Oreşnik”dən istifadə imitasiyasıdır.