“Bild” – Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin Kuraxovo şəhərindən iki kilometr aralıdadır
Rusiya işğalçı qüvvələri Ukraynada Donetsk vilayətinin Kuraxovo şəhəri yaxınlığında müdafiə xəttini yarıb və ağır itkilərə baxmayaraq, şəhərdən iki kilometr aralıdadır – bu haqda “Bild”in hərbi analitiki İulian Riopke bildirib.
Ukrayna mediasına əsasən, sentyabrın ortalarında Riopke müharibədən əvvəl təxminən 18 000 insanın yaşadığı Kuraxovo yaxınlığındakı cəbhə xəttinə baş çəkib.
O zaman rus qoşunları şərqdə, təqribən 8 km-də yerləşirdi.
Oktyabrın əvvəlində onlar müdafiə xəttini yara bildilər, Ostrovskoe kəndini istila etdilər və Kuraxovo su anbarının sahillərinə çatdılar. İulian Riopke bildirir ki, indi Rusiyanın hərbi birləşmələri şəhərdən cəmi 2 km aralıdadır və ağır itkilərə baxmayaraq irəliləməyə davam edir.
Eyni zamanda, hərbi-siyasi məruzəçi Aleksandre Kovalenko düşünür ki, rus qoşunları çoxlu sayda texnikadan istifadə etməklə tezliklə Kuraxovo şəhərinə hücuma başlayacaq. Kovalenko, işğalçıların bu yaşayış məntəqəsinə həm cənubdan, həm də şərqdən təzyiqlər etməyi planlaşdırdıqlarını deyir.