"Bild" - Rusiya qoşunları Donetsk vilayətinin Kuraxovo şəhərinə daxil olub və şəhərin təxminən 15 faizini işğal edib
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərinə daxil olaraq şəhər ərazisinin təxminən 15 faizini işğal edib. – Bu barədə “Bild” açıq məlumatların təhlili üzrə ekspert Culian Ryopkeyə istinadən xəbər verir.
Məlumata görə, su anbarı şimaldan, Rusiya qoşunları isə şərq, cənub-şərq və cənub-qərbdən irəlilədiyi üçün Ukrayna silahlı qüvvələri Kuxarovo yaxınlığında mühasirəyə düşüb.
Culian Ryopke bildirir ki, Rusiya silahlı qüvvələri 5-6 km irəliləyə bilib və Ukrayna ordusunun bölünməsinə səbəb olan Dalneye kəndinə daxil olub.
Bildirilir ki, Konstantinopolskoe kəndi Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri üçün mühasirədən yeganə çıxış yolu olaraq qalır.