“Bild” – Rusiya qoşunları Donetsk vilayətinin Kuraxovo şəhərinə daxil olub və şəhərin təxminən 15 faizini işğal edib

14:34, 13.11.2024

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərinə daxil olaraq şəhər ərazisinin təxminən 15 faizini işğal edib. – Bu barədə “Bild” açıq məlumatların təhlili üzrə ekspert Culian Ryopkeyə istinadən xəbər verir.

Məlumata görə, su anbarı şimaldan, Rusiya qoşunları isə şərq, cənub-şərq və cənub-qərbdən irəlilədiyi üçün Ukrayna silahlı qüvvələri Kuxarovo yaxınlığında mühasirəyə düşüb.

Culian Ryopke bildirir ki, Rusiya silahlı qüvvələri 5-6 km irəliləyə bilib və Ukrayna ordusunun bölünməsinə səbəb olan Dalneye kəndinə daxil olub.

Bildirilir ki, Konstantinopolskoe kəndi Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri üçün mühasirədən yeganə çıxış yolu olaraq qalır.

Oxşar