“Bild” – Dortmundda Angela Merkel və Olaf Şolzun qətlini planlaşdıran kişi saxlanılıb
Almaniyanın Dortmund şəhərində Angela Merkel və Olaf Şolzun qətlini planlaşdıran kişi saxlanılıb. Bu barədə “Bild” xəbər verir.
“Bild”in məlumatına görə, 49 yaşlı Martin S.-nin siyahısında keçmiş kanslerlərdən əlavə, daha 20-dən çox alman siyasətçisi və hökumət nümayəndəsi də olub.
Nəşrin yazdığına görə, həmin kişi koronavirus pandemiyası dövründə Almaniya hökumətinin siyasətinə və fəaliyyətinə kəskin şəkildə qarşı çıxırdı və ehtimal olunur ki, məhz bu, onu qətllərin planlaşdırılmasına vadar edib.