Bidzina İvanişvili və Ekaterine Xvedelidze Tengiz Tsertsvadzenin vəfatından kədərləndiklərini bildirirlər
Bidzina İvanişvili və Ekaterine Xvedelidze Tengiz Tsertsvadzenin vəfatından kədərləndiklərini bildirirlər

“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili və xanımı Yekaterine Xvedelidze Tengiz Tsertsvadzenin vəfatı ilə bağlı kədərlərini bildirir, ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verirlər.

Başsağlığı məktubunda qeyd edildiyi kimi, Tengiz Tsertsvadzenin gürcü təbabətinin inkişafında xidmətləri böyükdür və Gürcüstanın COVID-19 pandemiyasının uğurla idarə olunmasında onun rolu müstəsnadır.

“Gürcüstanlı immunoloq, professor, tibb elmləri doktoru, İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin baş direktoru Tengiz Tsertsvadzenin vəfatından dərin kədərləndik.

Cənab Tengizin gürcü təbabətinin inkişafında xidmətləri böyükdür, bu, təkcə ölkə miqyasında deyil, həm də beynəlxalq səviyyədə tanınır – o, Nyu-York Elmlər Akademiyasının üzvü, Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin üzvü idi.

Gürcüstanın COVID-19 pandemiyasının uğurlu idarə edilməsində onun rolu müstəsnadır. Cənab Tengiz həmkarları ilə birlikdə Gürcüstan cəmiyyətinin sağlamlığının keşiyində həmişə dayanıb və pandemiya ilə mübarizə də istisna deyildi.

Əla insan və peşəkar, “Şərəf” ordeninin və Prezident “Əlamətdar” ordeninin cəngaveri, Tbilisinin fəxri vətəndaşı Tengiz Tsertsvadzenin vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına, həmkarlarına və cəmiyyətimizə dərin hüznlə başsağlığı veririk”. – məktubda deyilir.