Bidzina İvanişvili - Roma Papası Fransiskin dünyasını dəyişməsi ilə əlaqədar Gürcüstanda və bütün dünyadakı katoliklərə başsağlığı veririk
Roma Papası Fransiskin dünyasını dəyişməsi ilə əlaqədar Gürcüstanda və bütün dünyadakı katoliklərə başsağlığı veririk – bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin bəyanatında qeyd olunub.
“Papa Fransisk hər zaman sülh və yaxşılığın yayılmasına çalışıb.
Ümid, mərhəmət, sülh və birlik rəmzi kimi Papa Fransisk milyonlarla insan üçün yenə də nümunə olacaq.
Bu böyük itkiyə yas tutan hər kəsə səmimi qəlbdən başsağlığı veririk” -Bidzina İvanişvili qeyd edir.
Roma Papası Fransisk 88 yaşında dünyasını dəyişib.