Bidzina İvanişvili Kutaisi Beynəlxalq Universiteti ilə bağlı bəyanat yayır - "istedad və imkanların həyata keçirildiyi yer"
Bidizna İvanişvili Kutaisi Beynəlxalq Universiteti ilə bağlı “istedad və imkanların həyata keçirildiyi yer” başlıqlı bəyanat yaydı.
“Gürcüstan vətəndşlarının tam əksəriyyəti çox yaxşı bilir ki, təhsil mənim üçün nə qədər əhəmiyyətlidir. Hələ 11 il bundan əvvəl mən və mənim ailəm fikir və arzuya başladıq ki, Gürcüstanda müasir və güclü texnoloji maarifləndirmə ocağını yaradaq.
2012-ci ildə gürci ictimaiyyətinə söz verdim ki, Kutaisidə universitet tikicəyik. Bu gün hamımız görürük ki, tikininin birinci mərhələsi başa çatır və gələn il artıq buraya ilk tələbələr daxil olacaqlar.
Kutaisi Beynəlxalq Universiteti dünyanın aparıcı təlim və elmi mərkəzləri ilə əməkdaşlıq edir.
İctimaiyyət üçün məlumdur ki, “Kartu” fondu artıq bir neçə ildir Gürcüstanda adron sürətləndiricisi layihəsi üzərində işləyir və bu məqsədlə Tbilisi və Kutaisidə müvafiq infrastruktur yaradılır. Bu ən çətin yüksək texnologiyalı layihədir. Layihənin həyata keçirilməsinin ikinci mərhələsində böyük sürətləndiricinin – sinxrotronun yaradılması baş verəcək. Bu gürcü elmini yeni səviyyəyə çıxaracaq və ölkəmizə yeni imkanlar yaradacaq.
Xüsusilə qeyd etmək istəyirəm ki, Kutaisi Beynəlxalq Universitetində gürcü və xarici personal işləyəcək. Onu da qeyd etmək istəyirəm ki, “Kartu” fondu bu universitetin sahibkarı kimi deyil, özəl sərmayədarı kimi qalacaq”, – bəyanatda deyilir.